QAMMA-BIÇAQ STEREOTAKSİK RADİOCƏRRAHİYYƏSİ – BU NƏDİR?

Radiocərrahiyyə – stereotaksik texnikadan istifadə etməklə böyük dozada radiasiyanın bir seansda tətbiq edilməsilə patologiyalı kəllədaxili ocağın yüksək dəqiqliklə şüalanma metodudur. Qamma-bıçaq aparatı, kəllədaxili patologiyanın(onkologiya, damar malformasiyaları, trigeminal nevralgiya) geniş spektrinin qeyri-invaziv müalicəsi üçün yüksək ixtisaslaşdırılmış alət olmaqla, neyrocərrahiyyə arsenalında xüsusi yer tutur.

ÜSTÜNLÜKLƏRİ

image

Kəsiksiz və trepanasiya olmadan, demək olar ki, ağrısız

image

Qiymət və effektivliyin əlverişli nisbəti

image

Hissiyat orqanlarının fəaliyyətinin pozulmasının minimal riskləri

image

Ən yüksək dəqiqlikli şüalanma

image

Bütün prosedur cəmi bir gündə baş verir

MƏRKƏZ HAQQINDA

image
Akademik N.N. Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutu nəzdində Qamma-Bıçaq Mərkəzi xəstələrə öz qapılarını 2005-ci ilin aprelində açmışdır. İşlədiyimiz bu illər ərzində mərkəzimizdə 6000-dən çox xəstə müalicə edilmişdir. Beynəlxalq əməkdaşlarla möhkəm elmi əlaqələr qurulmuşdur. Biz Qamma-Bıçaq aparatında işləmələri üçün mütəxəssislərin hazırlığı üzrə Elekta firmasının tədris mərkəziyik.

Həkimlərimizin yüksək dərəcədə ixtisaslaşması.

Onlar neyrocərrah olaraq ölkənin aparıcı ixtisaslaşmış müəssisəsi: Rusiya Tibb Elmləri Akademiyasının N.N. Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda çoxillik praktiki təcrübəyə malikdirlər. Onlar öz təcrübələrini radiologiya və stereotaksik radiocərrahiyyə sahəsindəki praktiki bilikləri ilə bacarıqla uyğunlaşdırırlar. Bu da xəstələrə OPTİMAL diaqnostika və müalicə taktikasını təklif etmək imkanı verir, hansı ki, heç də təkcə Qamma-bıçağın tətbiqi ilə məhdudlaşmır.

Rusiya Tibb Elmləri Akademiyasının N.N. Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq.

Radiocərrahiyyə müalicəsindən əvvəl və sonra xəstələrimizə ölkənin nevrologiya, neyrooftalmologiya, otonevrologiya, neyrorentgenologiya, neyroendokrinologiya, neyropsixiatriya üzrə aparıcı mütəxəssisləri məsləhət və öz tövsiyələrini verir. Neyrocərrahiyyə ETİ bazasında xəstələrin Rusiya və MDB-nin digər səhiyyə müəssisələrinin çoxunda olmayan müxtəlif əlavə müayinə metodlarından keçmək imkanları var:

  • Spiral Kompüter Tomoqrafiyası (KT)-baş beyin perfuziyası
  • DWI rejimində bütün bədənin MRT-si
  • Birfotonlu emissiya KT
  • Elektroensefaloqrafiya
  • Histoloji preparatların yenidən yoxlanması
image

ANDREY VLADİMİROVİÇ QOLANOV

Professor, tibb elmləri doktoru, neyrocərrah, səhiyyə fəaliyyəti üzrə baş direktorun müavini, aparıcı radioloq.

Rusiya Diplom Sonrası Tibb Akademiyasının radiologiya kafedrasının professoru. Moskva Neyrocərrahlar Cəmiyyətinin, Rusiya Neyrocərrahlar Assosiasiyasının, Ümumdünya, Avropa və Amerika Neyrocərrahlar Assosiasiyasının (WFNS, EANS, AANS), Amerika və Avropa Onkoloqlar və Radioloqlar Cəmiyyətinin (ASTRO, ESTRO), Beynəlxalq Stereotaksik Radiocərrahiyyə Cəmiyyətinin (ISRS), Ümumdünya və Avropa “Qamma-bıçaq” İstifadəçiləri Cəmiyyətinin (Leksell Gamma Knife Society), Stereotaksik Radiocərrahlar Cəmiyyətinin (RSS) və s. təşkilatların üzvü. 275-dən çox çap işlərinin müəllifi və 5 monoqrafiyanın həmmüəllifi. “Stereotaksik radiocərrahiyyənin inkişafı naminə “İlin Nailiyyəti”” nominasiyasında onkologiya sahəsində I Ümumrusiya premiyası laureatı. Tibb elminin və səhiyyənin inkişafı üzrə məhsuldar əməyə görə Rusiya Tibb Elmləri Akademiyasının fəxri diplomu.

MÜALİCƏNİN QİYMƏTİ

01 sentyabr 2015-ci ildən “Qamma-bıçaq” Mərkəzində fiziki şəxslər üçün – Rusiya Federasiyası vətəndaşları üçün müalicəyə görə 10% endirim qüvvədədir. Tibb işçiləri, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərin, Böyük Vətən Müharibəsi veteranları üçün 15% endirim nəzərdə tutulmuşdur (təsdiqedici sənədlər təqdim olunduqda). Endirimlər həmçinin müalicə üçün təkrar müraciət olunduqda da nəzərdə tutulmuşdur.

Neyrocərrahiyyə ETİ-də hospitallaşdırma, o cümlədən anqioqrafiyanın aparılması, qeyd olunmuş müalicənin qiymət cədvəlinə daxil deyil və N.N. Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun qüvvədə olan qiymət cədvəli üzrə ayırca hesablanır.

ƏLAQƏ

İŞ REJİMİ:

Bazar ertəsi-Cümə axşamı: saat 9.00–18.00 Cümə: saat 9.00–17.00

POÇT GÖNDƏRİŞLƏRİ ÜÇÜN ÜNVAN:

125047, Rusiya, Moskva ş., 4-cü Tverskaya-Yamskaya küç., ev 16, korpus 3 Neyrocərrahiyyə Biznes Mərkəzi

ZƏNG SİFARİŞ EDİN
QƏBULA YAZILMAQ
MƏSLƏHƏT ALMAQ